Xəzər Xəbər

12 barmaqlı uşaqların valideyləri: "Onların belə doğulması üçün dua edirik" - VİDEO

Veb TV | 14:21 • 13 Oktyabr 2017
12 barmaqlı uşaqların valideyləri:

Bütün ana və atalar uşağının bədənində fiziki qüsur olduğunu öyrəndiyi anda sarsılırlar. Amma bu, Braziliyada yaşayan 14 nəfərlik Da Silva ailəsi üçün keçərli deyil.

Da Silva ailəsində bütün uşaqlar irsi problem səbəbi ilə əl və ayağında 12 barmaqla doğulur.

Ailə bu fiziki qüsuru özü üçün üstünlüyə çevirib. Belə ki doğulan bütün uşaqlar ya qapıçı, ya da pianoçu olurlar.

Ailənin son üzvü Vinikus digər qardaş və bacıları kimi əlivə ayağında 12 barmaqla doğulub. Bu vəziyyətə çox sevinən ana və ata uşağın ya qardaşı Yoa Asis kimi futbolçu, ya da bacısı Maria Morena kimi pianoçuolacağını düşünürlər.


Ata Alessandronun 6 barmağı var. Ancaq ana Katyanın 5 barmağı. Valideynlərə görə, uşaqlarının bu cür qüsurla doğulması,onları cəmiyyət içində fərqli edir.

Katya ilk uşaqları Gilermenin 12 barmaqlı doğulmasından sonra bütün uşaqların bu cür doğulması üçün dua edir.

Qeyd edək ki, yer üzərində bu cür hal hər 3000 nəfərdə bir yaşanır./milli.az




Xəbər lenti