Xəzər Xəbər

Dubay polisi uçan motosikletlərə keçir - VİDEO

Veb TV | 09:44 • 13 Oktyabr 2017
Dubay polisi uçan motosikletlərə keçir -

Rusiyanın "HoverSurf" şirkəti Dubay polisi ilə birgə uçan elektrik motosikletini sınaqdan keçirib.

Trend-in məlumatına görə, elektromotosiklet cinayətkarların təqibi və patrul xidməti üçün nəzərdə tutulub.

Uçuş aparatı bir və ya iki nəfərə hesablanıb, ümumilikdə 300 kq-dək yükü qaldırır.

Elektromotosikletlər yerdən 5 metr hündürlüyə qalxa və 70 km/s sürətlə 6 km-dək uça bilir.


Xəbər lenti