Xəzər Xəbər

Qəribə adət: "Bəyin başına un, ketçup, meyvə şirəsi tökürlər" - VİDEO

Veb TV | 14:46 • 12 Oktyabr 2017
Qəribə adət:

Türkiyənin Manisa adlanan bölgəsində Köprübaşı rayonu qəribə toy adətləri ilə medianın gündəminə çevrilib. İlk baxışda bəyə əziyyət verildiyi zənn edilsə də, bu, sadəcə bölgənin toy adətlərindən biridir.

Adətlərə görə, toy günü qız evi bəyin başına un, ketçup, meyvə şirəsi tökür. Qardaşları varsa, onların təkidi ilə bəy bir çox idman hərəkətlərini yerinə yetirməlidir. Sınaqlardan uğurla çıxdıqdan sonra qız atası oğullarının da razılığı ilə qızını həmin adama ərə verir.

Sizə öz toyunda adət-ənənələrin qurbanı olan bəyin anbaan çəkilən görüntülərini təqdim edirik:

Xəbər lenti