Xəzər Xəbər

Sensasiyalı kəşf: böyük planetin balaca "əkiz"i varmış - VİDEO + FOTO

Veb TV | 14:26 • 12 Oktyabr 2017
Sensasiyalı kəşf: böyük planetin balaca "əkiz"i varmış -

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) və Avropa Kosmik Agentliynin (ESA) alimləri Günəş sistemindəki cırtdan Haumea planetinin ətrafında həlqələr aşkarlayıblar. Bununla da yalnıznəhəng planetlərin ətrafında həlqələrin mövcud olması ilə bağlı indiyədək aksioma sayılan təsəvvürlər alt-üst olub.

Milli.Az Nature-a istinadən bildirir ki, Haumea adlı planet Günəşdən ən uzaq planet sayılanNeptunun orbitinin kənarındadır. Pluton 2006-cı ildə "planet statusu"ndan məhrum olandan sonra Neptun Günəş sisteminin 8-ci planeti sayılır.

Günəşdən 8 milyard kilometr aralıda yerləşən Haumea planeti öz oxu ətrafında sürətlə fırlanır və siqara bənzər formaya malikdir.

Araşdırmanın rəhbərlərindən biri, Paris Rəsədxanasının əməkdaşıBruko Sicardinin dediyinə görə, Haumeanın həlqələrinin mövcudluğu Günəş sistemində indiyədək təsəvvür etdiyimizdən artıq müxtəlifliyin varlığını göstərir.

10 müxtəlif rəsədxanadakı 12 teleskop Haumeaya tuşlanandan sonra 2004-cü ildə aşkarlanmış bu planetin fiziki göstəriciləri hesablanıb.

Haumeanın ətrafında Saturn həlqələrinə bənzəyən, 70 km enində, buz hissəciklərindən ibarət həlqə var.

Planet iki təbii peykə malikdir.


Xəbər lenti