Xəzər Xəbər

Bu avtomobillər düşüncə gücü ilə hərəkət edir YENİLİK - VİDEO

Veb TV | 14:24 • 12 Oktyabr 2017
Bu avtomobillər düşüncə gücü ilə hərəkət edir

Rusiyanın Nijnıy Novqorod Dövlət Universitetinin elm adamları ölkədə bir ilk olan elektrikli avtomobil hazırlayıb.

Avtomobil fiziki məhdudiyyəti olan şəxslərin istifadəsi üçün nəzərdə tutulub.

Fiziki məhdudiyyəti olan insanlar "Neyromobil” adlandırılan yeni avtomobili düşüncə gücləri sayəsində idarə edəcək. Avtomobil beyin siqnallarını oxuya bilir. Yeni cihaz eyni zamanda bu siqnalları elektrikli skriptlərə çevirən nəzarət sistemlərinə malikdir.

Avtomobil hər hansı bir qəza nəticəsində yaranan iflic və ya ömürlük zədələnmələri olan, bədənini hərəkət etdirə bilməyən insanlar üçün bir alternativ olacaq.

Bu avtomobilin ilk nümunəsi Paris Avtomobil Sərgisində məşhur avtomobil markası olan "Opel”in stendində "Opel Mind” adı ilə tanıdılmışdı./publika.az


Xəbər lenti