Xəzər Xəbər

Amerikanın məhv olacağı günün proqnozu - “Tramp hakimiyyətdən gedərsə...” - VİDEO

Veb TV | 14:21 • 12 Oktyabr 2017
Amerikanın məhv olacağı günün proqnozu -

Kaliforniya ştatında sentyabrın əvvəllərindən başlayan meşə yanğınlarının ard-arası kəsilmir. Son həftə ərzində baş verən yanğınlarda 15 nəfərdən çox insan ölüb, 155 nəfər zəhərlənib. Yerli sakinlər Amerikada baş verən mistik hadisələr qarşısında aciz qalıblar. Rəsmi məlumatlara görə, yanğınlar zamanı yüzlərlə insan itkin düşüb və onlardan hələ də bir xəbər yoxdur.

Yanğın zamanı xəsarət alan insanlardan 12-nin vəziyyəti ağırdır. Yanğınla əlaqədar 20 mindən çox vətəndaş təcili təxliyyə edilib. Kaliforniya, Florida və digər ştatlarda ard-arda qeydə alınan anomal təbiət hadisələri insanları vahiməyə salır. Vanqa və digər kahinlərin Amerika haqqında dediyi proqnozlar gerçəkləşir? Doğrudan da Amerika kimi nəhəng dövlət yanğınların içərisində külə dönəcək?

Deyilənlərə görə, Hindistanda şauni adlanan qəbilənin ölüm ayağında olan başçısı Tekumse Amerikanı lənətləyib. Əfsanəyə inansaq, o, lənətində irqçilik edən Amerika prezidentlərini bu səbəbdən ölümə məhkum edib. Tarixə nəzər salsaq ABŞ prezidentləri arasında ardıcıllıqla sui-qəsd nəticəsində ölən bir çox prezident var. Con Kennedi isə sui-qəsd nəticəsində öldürülən 7-ci ABŞ prezidenti olub.

Eyni zamanda Nostradamus və Vanqanın proqnozlarına görə də, Amerika 44-cü prezidentdən sonra məhv olmalıydı. Ölkənin sonsuz təbii fəlakətlər nəticəsində yer üzündən silinəcəyi deyilsə də, 45-ci prezident hakimiyyətə gəldi. Qaradərili liderin (Barak Obama) hakimiyyət müddətini sülh şəraitində təhvil verməsinin ardından hakimiyyətə gələn Donald Tramp isə hər gün bir qalmaqalla gündəm olur.

Amerikalılar lənətin Trampın üzərinə köçdüyünü düşünür. Onların fikrincə, son aylarda ölkədə baş verən təbii fəlakətlər prezidentin hakimiyyətdən getməsi ilə sonlanacaq. Yəni Amerikanın faciəli sonu Trampın mandatının bitdiyi gün baş verəcək./publika.az


Xəbər lenti