Xəzər Xəbər

"Bu saat gəlib səni..." Avtobusda biabırçı dava - VİDEO

Veb TV | 15:58 • 14 Sentyabr 2017
"Bu saat gəlib səni..."

Bakının sərnişin avtobuslarından birində xoşagəlməz hal yaşanıb.

XəzərXəbər xəbər verir ki, hadisə şahidlərinin criminal.az saytına verdiyi məlumata görə, 18 saylı sərnişin avtobusunun sürücüsü ilə xanım sərnişin arasında mübahisə düşüb. Sürücü isə qadını ağır sözlərlə təhqir edib.

Mübahisəyə səbəb metronun ”Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqda sürücünün avtobusa minmək istəyən yaşlı sərnişini təhlükəyə atması olub. O, sərnişin avtobusa minmək istəyərkən qəflətən qapıları bağlayaraq sürüb. Buna görə avtobusda olan sərnişinlər sürücüyə iradını bildirib. Sürücü isə cavabında sərnişinləri təhqir edib.

Həmin mənzərənin videogörüntüsünü təqdim edirik:


Xəbər lenti