Xəzər Xəbər

İbrahim Tatlıses bu videoya görə üzr istədi - VİDEO

Veb TV | 16:35 • 13 Sentyabr 2017
İbrahim Tatlıses bu videoya görə

Müğənni İbrahim Tatlıses İnstaqram hesabında maraqlı video paylaşıb.

İfaçı bir vaxtlar aparıcısı olduğu "İbo show” adlı proqramdan bir hissəni izləyicilərinin ixtiyarına buraxıb.

Videoda İbrahimin mahnı oxuması və musiqinin sədaları altında bir qadının rəqs etməsi görünür.

Sənətçi görüntüləri şəxsi səhifəsində həmin rəqs edən qadından üzr istəyərək yerləşdirib:

"Bu xanımdan üzr istəyirəm. İndi, bəlkə də, evlidir, uşaqları var. Sadəcə görüntü o qədər xoşuma gəldi ki...Çox saf və təbiidir. Ona görə dözə bilmədim, paylaşdım. Ümid edirəm yanlış bir şey eləməmişəm”.


Axşam.az

Xəbər lenti