Xəzər Xəbər

Dərslərin başlamasına sayılı günlər qalır - IX sinif şagirdi məktəbdən çıxarıldı - VİDEO

Veb TV | 20:58 • 12 Sentyabr 2017
Dərslərin başlamasına sayılı günlər qalır -

9-cu sinif şagirdini məktəbdən çıxardıblar. Özü də yeni tədris ilinin başlamasına bir neçə gün qalmış. Bizə ünvanlanan şikayəti "Xəzər Xəbər” olaraq yerində araşdırmışıq.

"Xəzər Xəbər”in vatsapp nömrəsinə ünvanlanan şikayətin ardınca paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsinə yollandıq. Qəsəbə sakini Aqil Musayev deyir ki, onun övladı İnnab Musazadəni təhsil aldığı məktəbə buraxmırlar. Səbəb isə onun attestatında 4 fənndən 3 qiyməti almasıdır.

Valideyin iddia edir ki, onlara bu vaxta qədər məktəbdən xaric edilmə ilə bağlı heç nə deyilməyib. Hətta attestatı məktəbdən götürəndə də, İnnab Musazadəyə belə bir xəbərdarlıq edilməyib. Lakin yeni tədris ilinin başlamasına sayılı günlər qalmış, bir neçə fənndən 3 olan şagirdlərin məktəbə götürülməyəcəyi söylənilib. 313 saylı Binəqədi rayon tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Mehriban Əliyeva isə valideyinin iddiasını əssassız sayır:

Direktor müavini sözlərinə onu da əlavə etdi ki, ilboyu valideynlərlə mütəmadi olaraq bu barədə söhbətlər aparılıb. Və bütün valideynlərə 3 qiymətləri olan şagirdlərin məktəbdən çıxarılacağı deyilib.

Bakı Şəhər Təhsil İdarəsindən əldə etdiyimiz məlumata görə məktəbdən çıxarılan belə şagirdlər adi sinifləri olan məktəblərə müraciət edərək təhsilini davam etdirə bilərlər.


Xəbər lenti