Xəzər Xəbər

2 gündən sonra yeni dərs ilinə start veriləcək VİDEO

Veb TV | 20:54 • 12 Sentyabr 2017
2 gündən sonra yeni dərs ilinə start veriləcək

165 minə yaxin şagird 1-ci sinifə qədəm qoyacaq. İlk dərs Cocuq Mərcanlıya həsr olunacaq. Diaqnostiq qiymətləndirmədən keçən müəllimlərin maaşı isə gələn ilin əvvəlindən artırılacaq.

Bu il 71 yeni inşa olunan məktəbdə ilk zəng çalınacaq. 15 sentyabrda 164 min 945 şagird ilk dəfə olaraq orta məktəbə gedəcək. Bu göstərici ötən ilkindən 10 min şagird çoxdur. İlk dərs "Tarixi torpaqlara qayıdış" adlı ilə Cocuqmərcanlıya həsr olunacaq.

Təhsil Nazirliynin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə yeni dərs ilindən məktəblərdə 10 min nəfərə yaxın müəllim ilk dəfə olaraq pedoqojı fəaliyyətə başlayacaq.

Yeni dərs ilində müəllimlərin əmək haqqı da artırılacaq.2017-2018-ci tədris ilində 5 mindən artıq müəllim maaşlarını artımla alacaq.

"Asan peşə" layihəsi çərçivəsində 11 minə yaxın gənc ixtisas təhsil müəssisələrinə qəbul olub.

Umumilikdə isə 2016-2017 tədris ilində əvvəlki illərə nisbətən 11 faizdən çox abituriyent tələbə adını qazanıb. Bu il tələbə adını qazanmış 37 min 637 şəxs də universitetlərə üz tutacaq.



Xəbər lenti