Xəzər Xəbər

"Qarabağ"ın oyununa böyük maraq var: Biletlər tükənmək üzrədir - VİDEO

Veb TV | 20:55 • 13 Avqust 2017
"Qarabağ"ın oyununa böyük maraq var:

Tarixi sınaq qarşısında olan "Qarabağ” futbol komandasının Danimarka çempionu "Kopenhagen”lə oyununa hələ iki gün qalsa da artıq biletlər demək olar ki tükənib. Turu keçərsə "Qarabağ" Azərbaycan futbol tarixində bir ilkə imza atacaq . Elə bu tarixə şahid olmaq istəyən minlərlə azarkeş dünəndən etibarən kassalar önündə növbə gözləyir.

Azarkeşlər kassa önündə uzun növbələrdə gözləyir,bilet satış köşkündə isə satıcılıra dayanmır..Görüntülər Tofiq Bəhramov adına Respublika stadionun kassalarındadır.

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı "Kopenhagen"lə oyununun biletlərinə satışa çıxarılan ilk gündən tələbat çox olub..Tarixi oyuna canlı şahid olmaq istəyən minlərlə azarkeş kassaların önündə öz biletini almaq üçün növbəyə dayanıb

Azərkeşlər deyir ki,oyunun başlamasına hələ iki gün var amma onlar indidən bilet tapa bilmirlər.

" Qarabağ " futbol klubunun bilet meneceri Yusif Cəfərovun sözlərinə görə,oyuna azarkeş marağının çox olacağını gözləsələr də ,amma bu cür izdihamın yaşanması onlar üçün də gözlənilməz olub.

Artıq 2 gündür ki satışa çıxarılan biletlərdən 20 mindən çoxu satılıb qalanlar isə 1 manatlıq və 50 manatlıq yerlərdir.

Qara bazarla mübarizə aparmaq üçün bir nəfərə maksimum iki bilet satılır. bundan əəlavə stadion ətrafında dolaşan bilet alveri ilə məşüul olan insanların bir çoxu üzdən tanınır. elə ona görədə onlara bilet satılmır.

amma nəzərə almaq lazımdır ki, qara bazar əsasən oyun günü özünü göstərir. bietlərin qara bazara düşməsinin ə qarşı görülən tədbirləerin effektiv olub olmaması da məhz həmin gün bilinəcək.

Qeyd edək ki Qarabağ bu mərhələdə turu keçsə Azərbaycan futbol tarixində bir ilkə imza atmış olacaq. Oyun avqustun 15 i saat 20 -00 da başlayacaq.


Xəbər lenti