Xəzər Xəbər

Yaşıl rəngli günəbaxan tumları: tum suda rəng dəyişdirir? - VİDEO

Veb TV | 20:58 • 13 Avqust 2017
Yaşıl rəngli günəbaxan tumları:

Bəzi məhsullar istifadə müddəti bitəndə köhnəlir ya rəngini dəyişir, ya da ki xarab olur. Amma indi təqdim edəcəyimiz görüntüklərdə siz istifadə tarixi bitməyən yeni məhsul hesab edilən günəbaxanların rəngləndiyinin şahidi olacaqsiniz.

Yaşıl rəngli suyun içərisindəki günəbaxan tumlarıdır. Çərəz kimi istifadə etdiyimiz adi günəbaxan tumları. Görüntü tamaşaçılardan biri tərəfindən "XəzərXəbər”in Vatsap nömrəsinə göndərilib. Vətəndaş müsahibə vermək istəməsə də, iddia edir ki, boşqabda qalan günəbaxan tumlarının üzərinə su töküb. Bir müddət sonra su yaşıl rəngə boyanıb.

Məsələ ilə bağlı istehsalçı firmaya yollandıq. Lakin bizi məsul şəxslərlə görüşdürməkdən boyun qaçıran təhlükəsizlik xidmətinin əməkdaşı şirkətdə heç kim yoxdu dedi.

Ofis bağlı olsa da qarşısında avtomobillər, hətta biz görüb binaya daxil olmayan və gözləyən bir nəfər işçi və ya müştəri də vardı. Çox keçmədən içəridən bir nəfər çıxdı və burda işləmədiyini. Ofisdə heç kimin oldaığını dedi.

Qida təhlükəsizliyi məsələləri üzrə ekspertlər isə deyirlər ki, bu sadəcə məhsulun müəyyən müddətə saxlanması, xarab olmaması üçün əlavə edilən qatqılar ola bilər. əlavə qatqılar isə istənilən halda insan sağlamlığına ciddi ziyanlar vura bilər. ilk növbədə allergiyalar, mədə-bağırsaq xəstəliklərinə daha sonra isə hətta xərçəng kimi ağır xəstəliklərə gətirib çıxara bilər.


Xəbər lenti