Xəzər Xəbər

Bakıda qəbiristanlıqda ŞOK OLAY: məzar daşına başka şəkil yapışdırdılar - VİDEO

Veb TV | 20:56 • 13 Avqust 2017
Bakıda qəbiristanlıqda ŞOK OLAY:

Bakıda qəbiristanlıqda yaşlı bir şəxsin baş daşına 30-35 yaşlı bir kişinin şəkilini yapışdırıblar. Mərhumun yaxınları deyir ki, həmin şəxsi tanımırlar. Onlar iddia edirlər ki, şəkildəki kişiyə çox güman ki, cadu edib daha sonra şəklini atalarının məzarına yapışdırıblar. Məsələ qəbiristanlıqların təhlükəsizliyini də aktuallaşdırır. Qəbiristanlıqlarda məzarlar necə qorunur? Əməkdaşımız Ramal Abdullayev faktdan yola çıxaraq həm də bu məsələni araşdırıb.

Oğul, 8 ay əvvəl dünyasını dəyişən atasının qəbirini ziyarət etməyə gedərkən gözlənilməz hadisə ilə üzləşib.

O, atasının baş daşında təxminən 30-35 yaşlı bir nəfərin şəklinin yapışdırılıdığını görüb. Hadisə Bakıda Günəşli qəbristanlığında olub.

Rauf Hümbətov deyir ki, qardaşı dərhal anasına zəng vuraraq bu barədə məlumat verib. Anasının istəyi ilə qardaşı həmin şəkili baş daşından qopararaq yanıdırb.

Rauf Hümbətovla qəbir ətrafında söhbət apararkən həmin şəxsin daha bir eyni şəklini tapdıq. Zərərçəkmiş iddia edir ki, şəxsin şəklinə cadu edilərək atasının məzarına yapışdırıblar.

Sözügedən hadisə qəbiristanlıqlarda məzarların təhlükəsizlik məsələsini gündəmə gətiri. Günəşli qəbiristanlığının gözətçisi deyir ki, qoruduğu qəbristanlığı ərazisi genişdi. Onlar ayrıca hansısa qəbirin yanında oturub mühafizə etmirlər. Araşdırma zamanı müəyyən etdik ki, ümumiyyətlə Bakıda bir çox məzarlıqda 2 və yaxudda 3 gözətçi olur ki, onlar da gün boyu qəbristanlığı gəzməklə bütün məzarlara baxa bilmirlər.

Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, bu cinayət məcəlləsində ictimai mənəviyyat əlehinə olan cinayətlər silsiləsinə aiddir. Şəkilin baş daşına yapışdırılması qəbir üzərində təhqir edici əlamətdir və bunu edənin də çox ciddi cəzası ola bilər.

Rauf Hümbətov deyir ki, əgər belə halla bir də rastlaşsa ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verəcək.


Xəbər lenti