Xəzər Xəbər

Araz Abdullayev "Anortosis"i məğlubiyyətdən xilas etdi VİDEO

Veb TV | 13:43 • 13 Avqust 2017
Araz Abdullayev "Anortosis"i məğlubiyyətdən xilas etdi

Millimizin üzvü Araz Abdullayev yeni komandası "Anortosis"in heyətində ilk oyununu keçirib.

25 yaşlı futbolçu yoxlama görüşü çərçivəsində Yunanıstanın "Aris" klubuna qarşı oynayıb. 1-1 hesablı heç-heçə ilə başa çatan oyunda Abdullayev meydana 63-cüdəqiqədə daxil olub. Yarımmüdafiəçi83-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolu vurub.

Qeyd edək ki, ilk oyununda qol vuran Abdullayevi Kipr klubu dünən matçdan əvvəl ictimaiyyətə təqdim etmişdi. Müqavilə ilə "Qəbələ"yə məxsus olan futbolçu Famaqusta təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.


Xəbər lenti