Xəzər Xəbər

VƏHŞİLİK: Yeni doğulan qız uşağını zibillikdə diri-diri basdırdılar - VİDEO (+18)

Veb TV | 19:10 • 12 Avqust 2017
VƏHŞİLİK: Yeni doğulan qız uşağını

İndoneziyada bir ailə yeni dünyaya gəlmiş körpəni köhnə zavodun baxımsız qalmış anbarına atıb.

Ailəsi tərəfindən tərk edilmiş körpə çirkab tullantılarla dolu anbarın içində tapılıb. Uşağın qışqırıq səsini eşidən vətəndaşlar dərhal onu ordan çıxarıblar.

Qida tullantıları, ağac budağı və yarpaqlarla üzəri örtülmüş balaca körpənin qız uşağı olduğu bildirilib.

Uşağın bədənində yara izləri və başının bir hissəsində ciddi xəsarətlər olub. Təcili xəstəxanaya çatdırılan uşağın vəziyinin yaxşı olduğu deyilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti