Xəzər Xəbər

İdman müəllimlərinin fiziki bacarıqları yoxlanıldı VİDEO

Veb TV | 20:45 • 12 Avqust 2017
İdman müəllimlərinin fiziki bacarıqları yoxlanıldı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib. Müsahibədə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsindən uğurla keçən fiziki tərbiyə müəllimləri iştirak edib. Bu ilki qabiliyyət imtahanları ilə bağlı müəyyən yeniliklər də var.

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə yenilik edilib. Bu yenilik sadəcə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənlərinə aiddir.

İmtahanda iştirak edənlər əvvəlcə qabiliyyət imtahanı verdilər. burda onlar bir neçə fiziki tapşırıqları yerinə yetirdilər.

Qabiliyyətləri yoxlandıqdan sonra onlar digər otaqlarda təşkil olunan müsahibəyə göndərildi. fiziki tərbiyə müəllimləri üçün vakant seçimi mərhələsi isə gələn həftə başlayacaq. Digər fənlərə nisbətən fiziki tərbiyə fənni üzrə vakant yerlərin sayı nisbətən çoxdur. Nazirlik rəsmisinin sözlərinə görə bu fənn üzrə təxminən 500-ə yaxın vakant yer var. Bundan başqa, hətta qabiliyyət imtahanlarında nəticələri qənaətbəxş olmayanlar da işsiz qalmayacaq.

Vakant yeri tutmaq hüququ əldə edən namizədlər artıq birbaşa işə təyinat alacaq və tutduqları vakant yerlərdə işləməyə göndəriləcəklər. Eyni zamanda musiqi və təsviri incəsənət fənləri üzrə imtahandan uğurla keçən namizədlər üçün də gələn həftə qabiliyyət imtahanları olacaq.

Ümumilikdə imtahanlarda 40 minə yaxın müəllim iştirak edib ki. onlardan da təxminən 1500-2000 nəfəri qabiliyyət tələb edən imtahanlara cəlb olunub.


Xəbər lenti