Xəzər Xəbər

Kafe yoxsa, səki - Son günlər bu cür mənzərələrə tez-tez rast gəlinir - VİDEO

Veb TV | 20:53 • 12 Avqust 2017
Kafe yoxsa, səki -

Bir neçə gündür piyada səkilərini zəbt edən sahibkarlar haqda süjetlər yayımlayırıq. Bu dəfə də "XəzərXəbər”ə Xırdalan sakinləri müraciət edib ki, yol kənarında olan kafe səkini zəbt edib. Daha doğrusu kafenin sahibi stol və stullarını qanunsuz olaraq səkiyə düzdürərək piyadaların hərəkətinə mane olurlar. Əməkdaşlarımız adı çəkilən yerdə olublar. Məlum olub ki, kafe sahibləri heç bir qurumdan icazə almadan, özbaşına piyada səkilərini zəbt edir.

Kafe yoxsa, səki... Son günlər bu cür mənzərələrə tez-tez rast gəlinir. Xüsusən də yay aylarında yol kənarındakı kafe sahibləri, içərdəki stol və stulları səkiyə düzərək piyadaların yolunu qanunsuz olaraq zəbt edirlər.

Görütülər Abşeron rayon Xırdalan şəhərindəndir. Şəhərin mərkəzində Heydər Əliyev prospektində bir kafe sahibi piydalar üçün nəzərədə tutulmuş səkini zəbət edib.

Sakinlərin sözlərinə görə, axşam vaxtı spirtli içki qəbul edən şəxslər burda nalayiq ifadələr işlədirlər.

Məsələ ilə bağlı həmin kafeyə yaxınlaşdıq. Özünü kafenin sahibi kimi qələmə verən İlaqar Sadiqov deyir ki, səkini kafenin stol-stulu ilə zəbt etməsinə görə, hansısa bir qrumdan icazə almayıb.

İlqar Sadiqov piyadalara qarşı etdiyi bu qanunsuz əməli öz ailəsinə də rəva bilmir.

Bənzər vəziyyət elə həmin obyektin yaxınlığındakı başqa bir kafedə də yaşanır. Onlar da qonşudan qalma geri deyib, kafenin içindəki bütün stolları və divanları səkiyə düzüblər. Həmin kafenin ofisantı isə bildirdi ki, obyektin sahibi işdə deyil.

Xatırladaq ki, piyada səkisinin zəbt olunmasına görə, inzbati xətalar məcəlləsində məsuliyyət nəzərdə tutulub. Bu əmələ görə, fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500, hüquqi şəxslər isə 3-4 min manat məbləğində cərimə edilə bilər.


Xəbər lenti