Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümü start götürüb.
Tura bir oyunla start
verilib. Mövsümün açılış oyununda ölkənin iki ən titullu komandası
qarşılaşıb. 8-ci km qəsəbə stadionunda keçirilən görüşdə "Neftçi”
"Qarabağ”ı qəbul edib. Qarşılaşma "Qarabağ"ın qələbəsi ilə başa çatıb.
Ağdam klubu rəqibini 3:1 hesabı ilə məğlub edib.
"Neftçi” – "Qarabağ” - 1:3
Qollar: Rahid Əmirquliyev, 90 (ö.q) // Mahir Mədətov, 12, 40, Ndlovu, 62