Xəzər Xəbər

Millimizin forvardı açılış matçında 90 dəqiqə oynadı VİDEO

Veb TV | 12:14 • 12 Avqust 2017
Millimizin forvardı açılış matçında 90 dəqiqə oynadı

Türkiyə Super Liqasında 2017/18 mövsümünə start verilib.

Turun ilk oyununda əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu "Bursaspor” səfərdə "Başakşəhər"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətdə meydana çıxan Dəniz sonadək mübarizə aparıb. Ozanın adı isə bu görüşün iştirak ərizəsinə daxil edilməyib.


Xəbər lenti