Xəzər Xəbər

Orta məktəbin həyəti arıçılıq təsərrüfatını xatırladır VİDEO

Veb TV | 20:53 • 19 İyun 2017
Orta məktəbin həyəti arıçılıq təsərrüfatını xatırladır

Artıq bir müddətdir ki, məktəbin həyətinə arı yeşikləri yığılıb. Vəziyyətdən sakinlər şikayət etsə də məktəb rəhbərliyi bunu ciddi problem hesab etmir.

Orta məktəbin həyətinə arı yeşikləri qoyulub.İlk baxışda bu ciddi problem kimi görünməsə də bəzi valideynlər vəziyyətdən narazıdır.

Bura Daşkəsənin Bayan kəndindidir.Kənd sakini Emin Məmmədov deyir ki, bu haldan narazı olanlar çoxdur. Çünki arı sancması uşaqlar üçün ciddi təhlükə törədə bilər. Şikayətçi həmçinin deyir ki, ərazi dağlıq, yaşıllıqdır. Arı yeşiklərini yığmağa da kifayət qədər münbit yer var.

Şikayətçi bunun direktor tərəfindən edildiyini iddia edir. Ondan bunun səbəbini soruşansa olmayıb.

Məktəbin direktoru vəzifəsini icra edən Emin İdilxanov isə məsələnin süni şişirdildiyini iddia edir. Onun sözlərinə görə bu addımın atılmasında məqsəd sırf yolda qalan birinə kömək etmək olub.

Məktəbdə yay tətili başladığını deyən direktoru məsələni ciddi problem hesab etməyi lüzumsuz görür.


Xəbər lenti