Xəzər Xəbər

Ağıllı telefon istifadəçilərinə XƏBƏRDARLIQ – Təhlükə var - VİDEO

Veb TV | 20:49 • 19 İyun 2017
Ağıllı telefon istifadəçilərinə XƏBƏRDARLIQ

Əvvəllər opera, xrom kimi brauzerlərdən telefona nə isə yükləyəndə virus düşürdü. İnsanlar marifləndiyindən, kibercinayətkarlar taktika dəyişdiriblər. Hətta "playstore" yükləmə mağazalarından belə telefona virus düşə bilər.

Xüsusi Dövlət Mühafizə Xidməti smartfon istifadəçilərinə xəbərdarlıq edir

"Android" sistemi ilə işləyən smartfonlar üçün yeni troyan virusu aşkar edilib. Özü də bu virus Opera, və ya digər brauzerlərdən yox, google tətbiq satışını həyata keçirdiyi "PlayStore" yükləmə sistemindən keçir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən verilən məlumata görə, aprelin 18-dən mayın 15-dək 50 mindən çox insan troyan yüklü proqram köçürüb. Virus, müxtəlif tətbiqetmələr adı altında məsələn, sadə məntiqi oyun formasında telefona daxil olur.

Mütəxəssislər virusa qarşı, tədbir görülənə qədər, telefona heçnə yükləməməyi məsləhət görürlər.


Xəbər lenti