Dövlət İmtahan Mərkəzində 1500-dən çox vakant dövlət
qulluğu vəzifəsi var.
Bunu dövlət imtahan mərkəzinin direktorlar şurasının sədri
Məleykə Abbaszadə "dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti"
mövzusunda keçirilən tədbirdə çıxışında deyib.
Qeyd edib ki, dövlət qulluğunda
informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var.
Onun sözlərinə
görə, dövlət qulluğunda işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcək. Əgər şəxs həmin vəzifəyə yenidən təsdiqlənmək
üçün imtahan verə bilməsə, bu barədə onun işlədiyi təşkilata məlumat veriləcək. Bununla bərabər, əgər şəxs sertifikat aldığı vəzifədən daha yüksək vəzifə üzrə
işləmək istəyirsə, onda belə şəxslər mütləq yenidən imtahan verərək müsahibə mərhələsindən
də keçməlidir.
Məleykə Abbaszadə qəbul imtahanlarında köçürənlərin növbəti imtahanda iştirak edib, etməyəcəklərinə də münasibət bildirib.