Xəzər Xəbər

Azərbaycandan yeni dəhliz açılır VİDEO

Veb TV | 20:49 • 19 İyun 2017
Azərbaycandan yeni dəhliz açılır

Hindistan avropaya qədər olan nəhəng nəqliyyat dəhlizi Azərbaycandan keçəcək. Bu 5 ölkənin dəmiryol idarəsi rəhbərlərinin Bakıdakı görüşündə müzakirə edilib. Yeni nəqliyyat dəhlizindən milyonlarla ton yükün daşınması Azərbaycana böyük vəsaitlər qazandıracaq.

Hindistandan Avropaya və Avropadan Hindistana dəmiryolu vasitəsi ilə gedəcək yüklər Azərbaycan üzərində keçməklə daşınacaq. Bu isə Azərbaycana iri həcmdə vəsaitlər qazandıracaq. Bakıda Azərbaycan-İran-Gürcüstan-Polşa və Ukrayna dəmiryolları rəhbərlərinin görüşündən sonra Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

Yeni marşrutun yükdaşımaları üçün əlverişli olması üçün vahid tarif sistemi tətbiq olunacaq.

Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilmə tarixi ilə bağlı da danışıb. Onun sözlərinə görə hər üç ölkənin dəmiryolları idarəsi rəhbərlərinin görüşündən sonra bu məsələyə aydınlıq gələcək.

"Cənub-Qərb" dəhlizi Fars körfəzi-Hindistan-İran-Azərbaycan-Gürcüstan-Qara Dəniz-Avropa marşrutunu əhatə edir. Bu ilin sonuna qədər həmin dəhlizlə 200 min ton yük daşınması gözlənilir.


Xəbər lenti