Xəzər Xəbər

Başqa kişinin fotosunu bəyəndi, əri onu boşadı VİDEO

Veb TV | 20:01 • 19 Mart 2017
Başqa kişinin fotosunu bəyəndi, əri onu boşadı

Sosial şəbəkələr vasitəsi ilə tanış olub ailə quranların sayı kifayət qədər çoxdur. Ancaq həyatımıza nüfuz edən sosial şəbəkələr bir sıra hallarda xoşagəlməz nəticələrə də səbəb olur. Burada yazılan rəylər hətta bir şərhi yaxud fotonu bəyənmə ailələrin dağılması ilə nəticələnir.

Qadın sosial şəbəkədə başqasının paylaşdığını bəyəndi, həyat yoldaşı ondan boşanmaq qərarına gəldi. Əks cinsin fikrini bəyənib, rəy bildirmək bir yuvanın dağılmasına gətirib çıxarıb. Hüquqşünas Xəyal Bəşirli məhkəmədə xanımın vəkili qismində çıxış edib.

Ər xanımın facebook profilindən xəbərdar olsa da, onun kiminsə paylaşımını bəyənməsi xoşuna gəlməyib və boşanma qərarı alıb.

Sosioloq Rəşad Əsgərov qeyd edir ki, bu səbəbdən ailənin dağılması, cəmiyyətimizdə sosial şəbəkələr qarşı yanlış yanaşmadan irəli gəlir. Yəni kifayət qədər əlverişli sayılabiləcək sosial şəbəkə əslində başqa məqsədlərlə istifadə edilir və nəticədə fərdlər arasında fikir ayrılığı, münasibətlərdə ziddiyyətlər yaranır.

Məhz bu yanaşmalar Azərbaycan ailəsində əsasən kişilərin xanımına sosial şəbəkələrə qarşı məhdudiyyət qoyması ilə nəticələnir.

Elə bu səbəbdəndir ki, xanımın sosial şəbəkədə kiminsə şəklini bəyənməsi boşanmaya gətirib çıxarır. Fərdlərin də məsələyə münasibəti bir mənalı deyil. Şəkil bəyənməyə görə boşanmanı geridəqalmışlıq hesab edənlər də var, daha ağır cəzanı layiq görənlər də.


Xəbər lenti