Şəkidə kişi baldızını öldürdü - VİDEO

13.01.2021 20:37

Şəkidə 37 yaşlı kişi baldızını bıçaqla qətlə yetirib. Hadisə onlar arasında yaranmış mübahisə zamanı baş verib. Yevlaxda isə kişi həyat yoldaşına çapacaqla ağır xəsarət yetirib.

Ötən gecə Şəkidə qətl törədilib.

Rayon prokurorluğuna 60 yaşlı Ruqiyə Əhmədovanın öldürülməsi barədə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, qadını bacısının əri 37 yaşlı Rahim Cəlilov qətlə yetirib. Belə ki, Rahim Cəlilov baldızı ilə aralarında mübahisə yarandığı üçün onu bıçaqlayaraq öldürüb.Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Yevlaxda isə ər-arvad arasında yaranan mübahisə qanla bitib. Hacıselli kənd sakini Mehdi Qarayev həyat yoldaşı 44 yaşlı Elnarə Qarayevanı çapacaqla vuraraq ağır xəsarət yetirib. Baş nahiyəsindən və əllərindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Hadisəni törədən Yevlax rayon Hacıselli kənd sakini, 47 yaşl Mehdi Qarayev polis əməkdaşları tərəfindən saxlanıb. Faktla bağlı araşdırma aparılır.


© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR