Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO

01.12.2020 20:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.


Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını və məxsusi olaraq laçınlıları təbrik edib.

Prezident qeyd edib ki, Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi rayonun əhalisi 80 min nəfərə çatıb. ''Biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq'',- deyə prezident bildirib.

Ölkə başçısı Laçın dəhlizi ilə bağlı aparılmış danışıqların bəzi təfərrüatlarına da toxunub.

Prezident çıxışında onu da bildirib ki, noyabrın 10-da imzalanmış bəyanata kimsə müdaxilə edərsə, Azərbaycanın sərt mövqeyini görəcək.

Dövlət başçısı bildirib ki, müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazi döyüş meydanında azad edilib. Eyni zamanda, təxminən bir o qədər, yəni 5 min kvadratkilometrə yaxın ərazini də sülh yolu ilə qaytarılıb.

Vaxtilə işğal altında olan ərazilərimizə Ermənistanın vurduğu ziyandan da danışan prezident bildirb ki, qarşı tərəf buna beynəlxalq müstəvidə cavab verməli və təzminat ödəməlidir.

Dövlət başçısı Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməsini də sərt tənqid edib.

Prezident onu da bildirib ki, bəyanatın 9-cu bəndinə əsasən Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvana birləşir.

Ordu quruculuğu işindən də danışan prezident bildirib ki, ordumuzu daha da gücləndirəcəyik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

© xezerxeber.az

FOTOQALERIYA






269 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR