Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılır - VİDEO

01.12.2020 19:20

Bakı Nəqliyyat Agentliyi hərəkətlilik sarıdan ən problemli 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağı yaradacaq.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Yol hərəkətinin təhlükəsizliyi Komissiyasına təkliflər verilib.

Təklifə Nazirlər Kabinetində baxılıb, bunun əsasında həmin küçə və prospektlərdə xüsusi zolaqların yaradılmasına icazə verilib.

Tezliklə paytaxtın Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələrində xüsusi avtobus zolaqları təşkil ediləcək. Mikayıl Hüseynov küçəsində isə artıq sərnişinlər və sürücülər xüsusi zolağın yaratdığı komfortdan faydalana blərlər. Ərazi aidiyyəti yol nişanları ilə də təmin edilib.

Belə zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələrinin sürücüləri isə cərimələnəcək.

Ayrılmış zolaqda şəhərdə fəaliyyət göstərən ekspress nəqliyyat vasitələrinin hərəkətinə də icazə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

© xezerxeber.az

FOTOQALERIYA






282 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR