Adını doğruldan qəhrəman şəhid - Orxan Cabbarov əlbəyaxa erməni polkovnikini məhv edib - VİDEO

29.11.2020 20:48

Xüsusi təyinatlı Orxan Cabbarov da vətənimiz uğrunda son damla qanına qədər vuruşub, əlbəyaxa erməni polkovnikini məhv edib. O, bir dəfə yaralanıb, müalicə almağına baxmayaraq yenidən cəbhəyə qayıdıb, son nəfəsinə qədər vuruşub. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd istiqamətlərində döyüşən 25 yaşlı Orxan Şuşanın azadlığı uğrundakı əməliyyatlarda xüsusi xidmətlər göstərərək qəhrəmancasına şəhadət mərtəbəsinə yüksəlib.

25 yaşlı Xüsusi Təyinatlı kəşfiyyatçı gizir Orxan Cabbarov əlbəyaxa erməni polkovnikini məhv edib, Şuşamızın azad edilməsində xüsusi xidmətlər göstərərək, qəhrəmancasına şəhid olub.

Gülsüm ana deyir ki, oğlum yox idi, 1 yaşından oğul kimi bağrıma basıb böyütmüşdüm nəvəmi. Şəhid balam öz hünəri ilə başımızı uca etdi. Bildirir ki, gizir Orxan 2015-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi yenidən hərbi xidmətə başlayıb.Aprel döyüşlərinin iştirakçısı olub.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd istiqamətlərində döyüşüən xüsusi təyinatlı Orxan Cabbarovun son döyüşü Şuşanın azadlığı uğrunda olub. Bir dəfə yaralanıb, müalicə almağına baxmayaraq yenidən cəbhəyə qayıdıb, son nəfəsinə qədər döyüşüb..

Anası deyir ki , Orxan sonuncu dəfə 28 oktyabrda onlarla danışıb. Şəhidimizin Vətənə əmanət 1 yaşında oğlu Ayxan böyüyür. Orxanın qardaşı Ruslan da, topçu kimi döyüşlərdə olub, hələ də hərbi xidmətdədir.

Orxan yardımsevər, mərd bir oğul idi deyirlər. Yaxınları şəhidimizi cəsur və vətənpərvər biri kimi xatırlayırlar.

Şəhid xüsusi təyinatlı Orxan Cabbarov doğulduğu Tovuz rayonunda, atasının yanında torpağa tapşırılıb.

© xezerxeber.az

FOTOQALERIYA






464 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR