Düşmənə meydan oxuyan qəhrəman Məhəmməd Şəbiyev - VİDEO

28.11.2020 19:52

İkinci Qarabağ müharibəsində düşmənə meydan oxuyan qəhrəmanlarımızdan bir də Məhəmməd Şəbiyevdir.

Xezerxeber.az-ın məlumatına görə, o, döyüşlər başlayan ilk gündən silahını çiyniyə asaraq cəbhəyə yollanan ən gənc zabitlərimizdəndir. "Bu torpaq mənimdirsə, onu düşməndən özüm azad etməliyəm" deyən Məhəmməd Ali Hərbi Məktəbi bitirən kimi döyüş bölgəsinə təyinat alıb. Bir qədər sonra vətən müharibəsi başlayıb və düşmənin əsas istehkam məntəqələrinin dağıdılmasında şücaəti ilə fərqlənib. Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında isə qəhrəmancasına şəhid olub...

Hələ uşaqlıqdan hərbiyə olan marağı Məhəmmədə ailəsindən keçib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Vaqif Şəbiyev ehtiyatda olan mayordur.

Məhəmmədi tanıyanlar həmişə onun torpaq və vətən sevgisinə qibtə ediblər. Elə bu sevgi də Məhəmmədə həmin torpaq uğrunda şəhidlik zirvəsi bəxş edib.

Bu gün Məhəmmədin yolunu davam etdirmək istəyən iki körpə qardaşı və şəhid olduğu gündən bəri onun formasını əynindən çıxarmayan bacısı var.

Qəhrəmanımızın yolunu gözləyən daha bir nəfər də var idi…

Məhəmməd hələ hərbçi olmağa qərar verərkən inanıb ki, torpaqlarımız tezliklə işğaldan azad ediləcək və o da bu mübarizənin iştirakçısı olacaq.

Rahat uyu, şəhidim, arzuna çatmısan. Sənin başladığın yolu silahdaşların sona çatdırdı və artıq torpaqlarımız düşmən işğalından azad edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Atif


© xezerxeber.az

FOTOQALERIYA






487 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR