Oğuzda qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə meşələrin inkişafı departamentindən Oğuz rayonunun Filfilli, Xaçmaz və digər kəndlərinin ərazilərində yerləşən meşə zolaqlarında kütləvi şəkildə qanunsuz ağackəsmə əlamətlərinin müşahidə edilməsi barədə məlumat daxil olub.
Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən kəndlərdə meşə zonalarını nəzarətə götürüblər. Əməliyyat tədbiri nəticəsində qısa zamanda müəyyən olunub ki, həmin meşələrdə qiymətli növ ağacların qanunsuz kəsilərək emal sexlərinə satışını Oğuz rayon sakinləri Elşən Hüseynov və əvvəllər məhkum olunmuş Etibar Muxtarov həyata keçirib. Həmin şəxslər əməliyyat nəticəsində saxlanıblar.
Dəstə üzvləri tərəfindən qanunsuz olaraq kəsilən ağaclar, onların oduncaqlarının yeri və digər ləvazimatlar maddi sübut kimi aşkar olunaraq götürülüb. Ekspert rəyi nəticəsində məlum olub ki, bu şəxslər qanunla qorunan meşə sahələrinə külli miqdarda maddi ziyan vurublar. Araşdırma zamanı dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi məlum olub. Qeyd olunan faktla bağlı dəstə üzvləri barəsində cinayət işi başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Atif
© xezerxeber.az
Azərbaycanda distant təhsil diplomları niyə tanınmır? - VİDEO
Ov mövsümü açıldı - bir neçə quşun ovlanmasına icazə verilir - VİDEO
Azərbaycanda distant təhsil diplomları niyə tanınmır? - VİDEO
Ov mövsümü açıldı - bir neçə quşun ovlanmasına icazə verilir - VİDEO
Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi təbrik edib
Külli miqdarda narkotik maddə aşkarlanıb, saxlanılanlar var - VİDEO
Təhsil naziri müəllimlərin sertifikasiyasından danışdı - VİDEO
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB