"Söyüdlü" qızıl yatağının neçə faizi Azərbaycan ərazisindədir? - AÇIQLAMA - VİDEO

28.11.2020 14:06

Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının 74 faizi Azərbaycan, 26 faizi isə Ermənistan ərazisindədir. 


Xezerxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan Ə.Əliyev deyib ki, yatağın Azərbaycana düşən hissəsi 219 hektardır. 

O deyib ki, yatağın Azərbaycan ərazisindəki mərkəzi hissəsi ermənilər tərəfindən ciddi şəkildə istismar edilib.

Xidmət rəisi bildirib ki, sözügedən yataqda emal yox, filizin daşınması prosesi aparılıb. Filiz Ermənistan ərazisindəki "Zod" filiz zavoduna daşınıb və burada qızıl emal edilərək üçüncü ölkələrə satılıb. Beləliklə, Azərbaycana külli miqdarda ziyan dəyib. Həmçinin ekosistemə də ciddi ziyan vurulub. 

Ə.Əliyev deyib ki, Kəlbəcər rayonu işğaldan azad ediləndən sonra dövlət komissiyası yaradaılıb. Zəruri istiqamətlərdə təftiş və monitorinqin aparılması nəzərdə tutulur: "Artıq "yol xəritəsi" hazırdır. Ən qısa zamanda Kəlbəcər rayonu ərazisində yalnız faydalı qazıntılara deyil, eyni zamanda, meşə, yerüstü sular, biomüxtəliflik, relyef, morfologiya, təbiət abidələri və tarixi abidələrə vurulmuş ziyan hesablanacaq, müvafiq qurumlar Ermənistan və onun havadarları qarşısında təzminat davası açmaq imkanına malik olacaqlar".

Xezerxeber.az Ə.Əliyevin mövzu ilə bağlı açıqlamasını təqdim edir:

Atif


© xezerxeber.az

FOTOQALERIYA






284 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR