Həyatını xilas etdiyi dostunun qollarında şəhadətə yüksəldi - VİDEO

27.11.2020 21:15

"Erməniləri öldürüb, sənə göbələk yığıb gələcəm" dedi qızı ilə son danışığında. Başqa vədlər də vermişdi. Elə buna görə, 3 yaşlı Əsmər bu gün də atasının yolunu gözləyir. Yaş yarımlıq bir qardaşı da var bu balaca qızcığazın. Ataları döyüşə könüllü yollandı, vuruşdu, Füzuli, Cəbrayıl döyüşlərində Azərbaycan oğluna xass mərdlik nümayiş etdirdi, Şuşa döyüşlərində isə qəhrəmancasına şəhadətə yüksəldi.

Fərrux Bayramovdan geriyə təkcə 3 yaşlı Əsmər yox, adını öz adına yaraşdırdığı yaş yarımlıq Fəxrisi və 6 il bir yasdığa baş qoyduğu ömür gün yoldaşı da qaldı.

Fərrux hələ aprel döyüşlərindən adını könüllü olaraq orduya yazdırır. Vətən müharibəsi başlayanda isə yollanır cəbhəyə.

Döyüşlər zamanı Fərrux çox canlar qurtarır. Ayağından güllə yarası alan və hazırda müalicə olunan 28 yaşlı qazimiz Səxavət kimi. Cəbrayıl uğrunda gedən döyüşlərdə od-alovun içərisində çarəsiz qalan Səxavəti xilas edən Fərrux, Şuşa döyüşlərində ağır yaralanaraq, onun qollarında şəhadətə yüksəlir.

Fərruxun özündən kiçik qardaşı Vəfadar hazırda da Vətənin müdafiəsindədir.

© xezerxeber.az

FOTOQALERIYA






329 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR