Allahverdi Bağırovun məzarında illər sonra Azərbaycan bayrağı - VİDEO

27.11.2020 21:03

Ağdamın azadlığa qovuşması ilə həm də unudulmaz Milli Qəhrəman Allahverdi Bağırovun məzarı işğaldan azad olundu. 27 il sonra Milli Qəhrəmanımızın məzarının üzərinə onun canı qədər sevdiyi Azərbaycanın 3 rəngli şanlı bayrağı sərildi. Cəsur döyüşçünü anmaq üçün ilk gələnlər isə qızları idi.


Dağıdılmış məzar daşları toplandı. Baş daşını əvəz edən lövhədə fotosu və yazılar yeniləndi.

Nə az nə çox, düz 27 il sonra birinci qarabağ müharibəsinin qəhrəmanlarından olan və ən əsas da 1003 xocalılını əsirlikdən xilas edən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarı canını düşünmədən fəda etdiyi Azərbaycanının bayrağına büküldü.

Düşmən tərəfindən viran qoyulan məzarı ilk olaraq milli qəhrəmanımızın Dövlət Sərhəd Xidmətində çalışan qızları ziyarət etdilər. Sevgilərini, atalarına olan hüsranlarını, doğma yurd yerlərimizin azadlıq müjdəsini güllərə qataraq, məzara düzdülər.

Bacılar uzun sürən həsrətin torpaqlarımızın azad olunması ilə sona çatmasının sevincini yaşayıb, qürur göz yaşları tökdülər.


© xezerxeber.az

FOTOQALERIYA






300 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR