Ermənilərin canına qorxu salan qəhrəman - Ramiz Cəfərov Şuşa uğrunda döyüşlərdə şəhid olub - VİDEO

27.11.2020 21:35

Vətən müharibəsində qəhrəmanlıq göstərənlərdən biri də polkovnik-leytenant Ramiz Cəfərovdur. Xüsusi təyinatlı qoşunların komandir müavini olan hərbçimiz şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Cəbhə bölgəsində Ermənistan silahlı birləşmələrinin canına qorxu salan, xeyli sayda texnikanı ələ keçirən və çoxsaylı düşməni məhv edərkən şəhid düşən polkovnik-leytenant Ramiz Cəfərov....

Xüsusi təyinatlı qoşunların komandir müavini olan qəhrəmanınız İkinci Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.

Hərbidə 28 illik fəaliyyəti dövründə qüsursuz xidmət edən polkovnik-leytenant Ramiz Cəfərov kəşfiyyatçı olub. Ona görə də, "Şəhidlər ölmür, ölməyənə ağlamazlar",- deyən həyat yoldaşı Sitarə Cəfərova müharibə başlayandan hər şeyə hazır olduğunu deyir. Hazırda 5 övlad böyüdən ana şəhid yoldaşı ilə qürur duyur..

Övladları da ataları ilə hər zaman fəxr etdiklərini deyirlər. Atalarının qisasının yerdə qalmaması isə onlar üçün təsəlli qaynağıdır.

Cəbhə bölgəsində qəhrəmanlıq göstərən şəhidimiz Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.




© xezerxeber.az

FOTOQALERIYA






606 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR