Avropa Azərbaycandan hansı dərsləri öyrənə bilər? - VİDEO

27.11.2020 21:26

Ermənistanın havadan müdafiə sistemləri 1980-ci illərdə hazırlanıb. Amma o zaman raket sistemlərinin sensorları asta uçan dronlara qarşı hesablanmamışdı. Ordumuz Ermənistanın bu boşluğundan məharətlə istifadə etdi. Azərbaycanın vətən müharibəsindəki çoxşaxəli üstünlükləri artıq avropa üçün nümunə göstərilir.

''Avropa ölkələri Azərbaycandan dərs almasa, Ermənistan ordusunun aqibətini yaşaya bilər.'' Nüfuzlu beynəlxalq beyin mərkəzinin hesabatında belə deyilir.

Avropa Xarici Əlaqələr Şurasının saytında dərc edilən təhlilə əsasən, Azərbaycanın öz ordusunu sistematik şəkildə yeniləməsi heç kim üçün sirr deyildi. Müəllif Gustav Gressel məqaləsində qeyd edir ki , Dağlıq Qarabağdakı müharibənin yekunları texnologiya məsələlərindən daha dərindir və Avropanın özünü necə müdafiə edə biləcəyinə dair aydın dərslər verir.

Azərbaycan dronlar sayəsində düşmənin motivasiyalı əsgərlərini tələyə saldı və üstünlük əldə etməyə müvəffəq oldu.

Qeyd olunur ki Pilotsuz təyyarələr hədəf və ehtiyatları müəyyən etdikdən sonra, ermənilərin müdafiəsi artilleriya atəşiylə zəiflədilirdi.Bunun ardınca təcrid olunmuş hala gətirilən mövqelərə doğru Azərbaycan ordusu irəliləyirdi. Bu taktika, dağlıq bölgədə də effektiv nəticələr verdi. Şuşa uğrunda döyüş buna bariz sübutdur. "Bu ərazidə heç bir şanslarının qalmadığını görən erməni qüvvələri dağılmağa başladılar və Yerevanın əlverişsiz şərtlərlə atəşkəsə razılaşmaqdan başqa seçimi qalmadı".

Məqalədə deyilir ki, Avropa bu münaqişənin hərbi dərslərinə diqqət yetirməli və bunu kiçikmiqyaslı müharibə kimi qiymətləndirməməlidir. Çünki Fransa və Almaniyadan başqa, kiçik və orta ölçülü Avropa ölkələrinin çoxu, Ermənistan kimi, müasir döyüş dronlarına qarşı effektiv müdafiə sistemlərinə malik deyil. "Bu onları düşündürməli və narahat etməlidir", - ECFR saytında dərc olunan Gustav Gressel-in məqaləsi belə nəticə ilə yekunlaşır.



© xezerxeber.az

FOTOQALERIYA






263 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR