"Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq" – Şəhid polkovnik Babək Səmidli – VİDEO

24.11.2020 22:15

'Azərbaycan əsgəri qalib, qazi ya da şəhid olmalıdır!' deyən polkovnik Babək Səmidli özü şəhidlik zirvəsinə yüksəlməklə sözünün üstündə durdu. Yaralandı amma döyüşlərdən bir an belə kənarda qalmadı. Qalib ordunun əsgərlərinin qarşısına qalib komandir kimi çıxdı. Son çıxışında belə əsgərlərinə Azərbaycan xalqının əməyini unutmamağı dönə dönə tapşırdı. Xalqı da Babəkin bu cürətini, igidliyini unutmadi və 'ya qalib ol ya qazi ya da şəhid' fikri tarixi şüar kimi hafizələrə həkk oldu.

Azərbaycan əsgəri bir daha səngərdən üzüyuxarı baxmamalıdır. Azərbaycan əsgəri daim dağın üstündə, zirvələrdə olmalıdır.Onlarla qələbədə əməyi olan Babək komandiri əsgərləri və Azərbaycan xalqı bu sözlərlə xatırlayacaq.

Noyabrın 23-də işğaldan azad olunan Suqovuşan qəsəbəsində minaya düşərək həlak olan polkovnik Babək Səmidli ölümündən əvvəl döyüş qabağı əsgərlərinə deyib kı, Azərbaycan əsgəri torpağın hər qarışını canı, qanı bahasına işğaldan azad edir.

Qəhrəman polkovnik özünə də başqa seçim tanımırdı. Hər vəziyyətdə əsgərlərinin yanında olan komandir son çıxışı ilə illərdir ürəyində yığılan arzularını bölüşüb onlarla.Vətən üçün gözünü qırpmadan canından keçməyə hazır olan şəhid komandir savaş dövründə xalqımızın həm ön, həm də arxa cəbhədə göstərdiyi birliyin, mətinliyin möhtəşəm güc olduğunu və heç vaxt unudulmayacağını bildirir.

'Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq' deyən komandir bu müqəddəs arzusunun 3-nə də çatdı.Qazi olub döyüşlərdə qalib gələn komandir şəhidlik zirvəsinə yüksəldi.

© xezerxeber.az

FOTOQALERIYA






533 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR