Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Tahir kişi ermənilərin Kəlbəcərdə yandırdığı evlərin əksəriyyətini tanıyır - VİDEO

24.11.2020 20:11

Kəlbəcərdən məcburi köçkün düşən Tahir Həsənov ermənilərin rayondan köçərkən yandırdıqları evlərin əksəriyyətini tanıyır. Tahir kişi hətta işğal dövrü ərəfəsində dağıdılan evlərin görüntülərinə baxdıqda da həmin mülklərin kimə məxsus olduğunu xatırlayır. Qeyd edək ki, ermənilər təkcə torpaqlarımızı zəbt edərkən və işğal altda saxlayarkən deyil, həmçinin müzəffər ordumuzun qələbəsi sayəsində qovularkən də öz vandallıqlarından əl çəkməyiblər.


Ermənilərin Kəlbəcərdə yandırdığı evlərin əksəriyyətini tanıyır.

Tahir Həsənov 27 il əvvəl öz doğma yurdundan didərgin salınan Kəlbəcər sakinidir. Evləri rayon mərkəzində yerləşib. Ancaq ermənilərin vandallığı nəticəsində zəhmətlə qurub-ucaltdıqları evləri və yurdlari dağıdılıb. Tahir kişi düşmənin Kəlbəcərdəki evləri necə yandırmasını, viran qoymasını ürək ağrısı ilə izləyir. Deyir axı bu evlərin hamısı məhz azərbaycanlılara məxsus olub.

Müsahibimiz deyir ki, Kəlbəcərdə ermənilər yaşamayıb. İndi yandırdıqları, talan etdikləri bütün mülklər bizim xalqa məxsusdur.

Tahir Həsənov indi səbrsizliklə Kəlbəcərə qayıdacağı günün həsrətini çəkir. Tezliklə işgaldan azad edilən yurduna qovuşub doğma evini bərpa edib; işıqlandırmaq arzusundadır. O gün ısə artıq çox yaxındadır.


 

© xezerxeber.az

FOTOQALERIYA






287 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR