Rayonlarda polis koronavirus reydi keçirir - VİDEO

24.11.2020 20:22

Ölkədə koronovirusa yoluxma halları artdığından bölgələrdə də qabaqlayıcı tədbirlər davam etdirilir. Polisin keçirdiyi reydlər zamanı karantin qaydalarına əməl etməyənlər cərimələnib.

Artıq açıq hava da insanların maska taxmağı məcburidir. Buna görə Yevlax polis şöbəsinin əməkdaşları insanların sıx toplaşdıqları ərazilərdə sakinləri məsafə saxlamağa, maskadan istifadə etməyə çağrırır. Həmçinin qapalı və açıq məkanlarda reydlər keçirərək maska taxmayanlara qanuna müvafiq qaydada cərimələr yazılır.

Yevlaxda koronavirus təhlükəsindən qorunmaq üçün tədbirlər davam etdirləcək.

Göygöl rayon polis şöbəsinin əməkdaşları da reyd keçirib. Sakinlərin tibbi maskalardan istifadəsi, sosial məsafənin gözlənilməsinin zəruriliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Aşkar edilən nöqsanlara görə məsuliyyət daşıyan şəxslər cərimələnib. Operativ Qərargahın tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri davam etdiriləcək.

Qaxda da sərt karantin rejimiylə bağlı polis və daxili qoşunların əməkdaşları növbəti reyd keçiriblər. Məqsəd əhalini marifləndirməklə yanaşı qoruyucu tibbi vasitələrdən düzgün, və ya heç istifadə etməyən vətəndaşların aşkarlanaraq onların barəsində qanuna müvafiq tədbirlərin görülməsidir. Reyd zamanı həmçinin qanunla fəaliyyətinə icazə verilmiş aptek və mağazalarda qaydalara riayət olunması, o cümlədən giriş-çıxışlarda yaradılmış stasionar postlarda nəqliyyat vasitələri yoxlanıb. Qaydaları pozan şəxslərə xəbərdarlıq olunub, vəya inzibati qaydada cərimə tətbiq edilib.

© xezerxeber.az

FOTOQALERIYA






284 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR