Füzuli rayonunun hər qarışında Ermənistanın müharibə cinayətlərinin izi var - VİDEO

22.11.2020 20:47

Azərbaycandakı xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunub.

Xezerxeber.az-ın məlumatına görə, 120-dən çox diplomatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət ediblər.

Əvvəlcə diplomatlar Füzuli şəhərinə səfər ediblər. Onlar burada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olub, 27 il ərzində törədilən vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Məlum olub ki, Füzuli rayonunun hər qarışında Ermənistanın müharibə cinayətlərinin izi var.

Füzulidə yaşayış məntəqələri, qəbiristanlıqlar, tarixi-mədəni abidələr vəhşicəsinə dağıdılıb.

Hikmət Hacıyev bildirib ki, Füzuliyə səfərin təşkil olunmasında məqsəd erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Sonra diplomatik korpusun nümayəndələri və hərbi attaşelər rayonun işğaldan azad edilmiş Yuxarı Əbdürrəhmanlı kəndində olublar.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ermənistan silahlı qüvvələrinin işğaldan əvvəl bu kəndin ərazisində yerləşmiş hərbi hissəsinin ərazisini göstərib. O bildirib ki, buradan rayonun işğal altında olmayan ərazilərindəki mülki əhali daim atəşə tutulub, təsərrüfat işlərinin həyata keçirilməsinə imkan verilməyib. Ermənistan silahlı qüvvələrinin 27 il ərzində bu ərazidən mülki əhalini atəşə tutması nəticəsində ölənlər və yaralananlar olub.

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib ki, Füzulidəki bu acınacaqlı vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.

Heyət Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndində də olublar. Onlara dağıdılmış kənd qəbiristanlığı göstərilib. Bildirilib ki, 27 il ərzində işğal altında olmuş kəndin qəbiristanlığı buldozerlə dağıdılıb, yerində buğda, arpa əkilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






225 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR