Azərbaycanda bütün ölkə ərazisində təhsil bu qaydada olacaq - VİDEO

30.10.2020 21:13

Son günlər koronavirusa yoluxanlarının sayının kəskin artması və hərbi vəziyyətlə əlaqədar amillər nəzərə alınaraq, bütün təhsil müəssisələrində ənənəvi təhsil daha iki həftə müddətinə dayandırıldı. Təhsil naziri Emin Əmrullayev bu qərarı indiki vəziyyətdə verilə biləcək ən optimal qərar adlandırıb. Bəs mövcud vəziyyətdə internet imkanları təhsilin onlayn keçirilməsinə imkan vercəkmi? Nazir bu suala da cavab verib.

Noyabrın 2-dən dekabrın 1-dək bütün təhsil müəssisələrində tədris prosesi distant formada təşkil ediləcək. Bunu xüsusi karantin rejimi dövründə ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, son zamanlar koronavirusa yoluxanların sayının kəskin artması və hərbi vəziyyətlə əlaqədar olaraq bu qərar verilib.

Son zamanlar internetlə bağlı problemə də toxunan nazir qeyd edib ki, bölgələrdə internet şəbəkəsi ilə bağlı problem qısa müddətdə həll olunacaq məsələ deyil. Bu gün ölkəmizdə internetin keyfiyyəti ilə bərabər, həm də istifadəçi bacarığı ilə bağlı problemlər var.

"Teams", "zoom", "vebex" kimi onlayn platformaların bərpası üçün çoxlu işlərin görüldüyünü deyən nazir qeyd edib ki, VPN-lərdən istifadə bu platformaların fəaliyyətinə mane olur.

Özəl təhsil müəssisələrinin təhsilhaqqı ödənişləri ilə bağlı məsələyə də toxunan təhsil naziri deyib ki, bu məsələ ilə əlaqədar həmin qurumlar özləri qərar verir. Lakin bu il də yuxarı kurs tələbələrinin müraciətinə təkrar baxılıb və qiymətləndirilib.

Nazir bildirib ki, repetitorluq təhsil müəssisələri sayılmadığı və tənzimlənməsi də çətin olduğu üçün bu sahədə hər hansı qadağa nəzərdə tutulmur.

© xezerxeber.az

FOTOQALERIYA






404 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR