Düşmən Ağcabədinin yaşayış məntəqələrini atəşə tutdu - VİDEO

30.10.2020 21:35

Gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi rayonu atəşə tutulub. Nəticədə rayon ərazisində olan 50-dən çox evə ciddi ziyan dəyib. Hacılar kəndinin atəşə məruz qalması nəticəsində qəbiristandakı bir neçə məzar da dağılıb. Bundan əlavə Tərtər və Ağdamın yaşayış məntəqələri də atəşə tutulub.

 

Ermənisan Silahlı qüvvələrinin mülki əhaliyə qarşı terrorçuluq əməlləri davam edir. Düşmən ordusu gecə saatlarında Ağcabədi rayonunu ağır artilleriyadan atəşə tutub.

 

Rayonun Hacılar kəndinin atəşə tutulması nəticəsində 50-dən çox evə ziyan dəyib. Bir necə ev isə dağılaraq yararsız hala düşüb.

 

Atılan mərmilərin bir hissəsi kənd qəbiristanlığına da düşüb. Nəticədə bir neçə məzar dağılıb.Qəbirsantlıqda olan ziyarətgah da tamamilə yararsız vəziyyətə düşüb

 

Tərtərin qapanlı ,yuxarı qaradağlı və qaragacı kəndləridi atəşə tutulub.Qarağacı kənd icra nümayəndəsi Lətif Əmirov bildirib ki,bir ayda bu 3 kənddə 86 evə ziyan dəyib.onlardan 12 -si tamamilə dagılıb.

 

Səhər saat 05:10 radələrindən Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Ağdamı da atəşə tutub. Saat 12 radələrinə kimi rayona 130-dan artıq mərmi düşüb. Həmin müddətdə təkcə Qaradağlı kəndinə 30-dan artəq mərmi atılıb.

 

Xüsusilə də rayonun Qaradağlı, Xındırıstan,Əhmədağalı və digər cəbhəyanı yaşayış məntəqələri intensiv atəşə tutulub. Bir neçə evə ziyan dəyib, heyvanlar arasında tələfat olub.

© xezerxeber.az

FOTOQALERIYA






196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR