Hikmət Hacıyev: Bu riyakarlıq və ikiüzlülükdən başqa bir şey deyil - VİDEO

28.10.2020 21:55

"Beynəlxalq ictimaiyyətə çağırış edirik ki, Ermənistan bu müharibə cinayətlərinə son qoymalıdır. Ermənistanın humanitar atəşkəs istəməsi riyakarlıq və ikiüzlülükdən başqa bir şey deyil". Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün keçirilən brifinqdə çıxışı zamanı səsləndirib bu fikirləri. O bildirib ki, mülki şəxslərimizə, yaşlı və uşaqlarımıza qarşı hərbi cinayətlər törədən Ermənistan beynəlxalq konvensiyalarda qadağan olunmuş silah-sursatdan istifadə edir və bunun cavabını verməli olacaq.

"Ermənistanın beynəlxalq qanunla qadağan edilmiş kasetli bombadan istifadə etməsi Azərbaycan xalqına qarşı növbəti soyqırımıdır. Bu bombalardan istifadə etməklə Ermənistan daha çox dinc əhalini qətlə yetirmək istəyir". Bu sözləri Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün keçirilən brifinqdə Ermənistanın Bərdədə törətdiyi növbəti teror aktından danışan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu, Ermənistan tərəfindən törədilən növbəti vandalizm və barbarlıqdır.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan humanitar atəşkəs istəməklə öz çirkin niyyətlərini gerçəkləşdirmək və insanlar arasında maksimum təşvişə səbəb olmaq istəyir.

Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün təşkil edilən brifinqdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov isə bildirib ki, Ermənistan Azərbaycana qarşı həm də mədəni soyqırımı törədib.

Sonda Hikmət Hacıyev Azərbaycanda olan hərbi attaşeləri sabah Bərdədə erməni terrorunun nəticələrini əyani şəkildə görmək üçün Bərdəyə səfər etməyə çağırıb.

© xezerxeber.az

FOTOQALERIYA






222 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR