Aysudan qalan boş yelləncək, bir tək başmaq tayı və yarımçıq arzular... - VİDEO

28.10.2020 16:34

Ermənistan silahlı qüvvələrinin dünən Bərdənin Qarayusifli kəndində atdığı raket nəticəsində 5 fərdi evə ciddi ziyan dəyib. Hadisə nəticəsində həlak olanlar arasında uşaqlar da var. Ermənistanın törətdiyi bu terrorçuluq əməlləri sakinləri qorxutmur. Onlar ordumuza güvəndiklərini bildirirlər. Sakinlər əmindirlər ki, Azərbaycan Silahlı Qüvvələri düşməndən amansız qisas alacaq.

Cəmi 7 yaşı vardı. Məsum həyatı bir neçə dəqiqə ərzində sona çatdı.

Yerdəki bu cənazə erməni terrorunun növbəti qurbanı olan 7 yaşlı Aysu İsgəndərovaya məxsusdur.

Aysunun atası Rövşən İsgəndərov hələ də başlarına gələn hadisənin şokunu yaşayır.

Balaca Aysunun əmisinin sözlərinə görə, hadisə zamanı onun da evinə xeyli ziyan dəyib.

Kənd sakinlərnin sözlərinə görə ermənilər ordumuzun qarşısında aciz qaldıqları üçün mülki insanlara hücum edirlər.

Qeyd edək ki, Bərdənin atəşə tutulması nəticəsində həlak olan Aysun İsgəndərova dəfn edilib. Dəfn mərasimində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.





© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR