Azərbaycan ordusu öz gücünü göstərdi - VİDEO

27.10.2020 21:33

Bu gün Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün əks-hücum hərbi əməliyyatlarına başlamasından bir ay ötür. Bu bir ay ərzində Azərbaycan ordusu işğal altında olan 4 şəhər, 4 qəsəbə, 100-dən çox kənd və çoxlu sayda əhəmiyyətli strateji yüksəklikləri işğaldan azad edib. 30 ildir torpaqları işğal altında saxlayan ermənistan bu bir ayda müzəffər azərbaycan ordusunun nəyə qadir olduğunu gördü və görməkdə davam edir.

Düşmənin xain hucumu nəticəsində 3 il müddətində işğal edilən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları, həmçinin Hadrut, Suqovuşan, Mincivan və Ağbənd qəsəbələri bir ay olmadan azad edildi.

Sentyabrın 27-dən Ermənstan ordusunun hücumuna əks-həmlə göstərən Azərbaycan ordusu bir ayın tamamında tarixinin ən şanlı günlərini yaşayır. Xatırladaq ki, 1991-1993-cü illərdə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafdakı 7 rayon işğal edilib. 30 ildən sonra düşmənin yenidən hucumuna əks-həmlə göstərən müzəffər Azərbaycan ordusu bir ayda çox uğurlu hərbi əməliyyatlar keçirərək bir neçə rayonu işğaldan azad etdi.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyir ki, bu döyüşdə Azərbaycan müasir və üstün hərbi texnologiyası ilə fərqlənib. Müasir silah və texnikalarla təchiz edilən Azərbaycan Ordusu dünyanın diqqətini özünə çəkib və bu döyüşlər hərb tarixində iz qoyub.

Hərbi ekspert Şair Ramaldanov deyir ki, bir aya bu qədər nəticənin əldə olunması bir ordu üçün çox yaxşı göstəricidir. Bu qələbələr və ali baş komandanın nümayiş etdirdiyi qətiyyətli mövqe hərbçilərimizdə də böyük ruh yüksəkliyi yaradıb. Hərbi ekspert işğaldan azad edilən ərazilərin hərbi strateji baxımdan da əlverişli olduğunu deyir.

Xatırladaq ki, bu müharibədə düşmən işğal etdiyi bəzi ərazilərdən qaçmaqla yanaşı, həm də xeyli sayda texnikasını itirdi. Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin Ali baş komandanı İlham Əliyev də xalqa müraciəti zamanı sentyabrın 27-dən bəri Ermənistan Ordusuna məxsus xeyli sayda hərbi texnika və silah sursatın məhv edildiyini və bir qisminin də ələ keçirildiyi barədə məlumat verdi.

Ermənistanın etiraf etdiyi canlı qüvvə itkisi min nəfərdən çox olsa da, reallıqda bu rəqəmin dəfələrlə artıq olduğu məlumdur. Azərbaycanın dronlar vasitəsilə qeydə aldığı videogörüntülər də buna əyani sübutdur. Hazırda da döyüş meydanında silahlar susmayıb, düşmənin xain hücumlarına müzəffər Azərbaycan ordusu layiqli cavablar verməkdə davam edir.

 

© xezerxeber.az

FOTOQALERIYA






358 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR