Ermənistan ordusunda acınacaqlı vəziyyət - VİDEO

27.10.2020 21:13

Azərbaycan sılahlı qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatlarından sarsılan Ermənistan ordusunda vəziyyət getdikcə daha acınacaqlı hal alır. Hərbi texnikası və maddi təmınatı tükənməkdə olan düşmən hərbçiləri arasında "dedovşina" və aclıq hökm sürməkdədır. Geyim sarıdan da əziyyət çəkən erməni əsgərlər narzılıqlarını müxtəlif videogörüntülər vasitəsilə komandanlarına çatdırırlar. Sosıal şəbəkələrdə yayılan belə biabırçı görüntülər ermənistanda böyük narazılıqla qarşılanıb.

 

Sosial şəbəkələrdə və mediada hər gün Ermənistan Silahlı Qüvvələrinə aid biabırçı videolar yayılır. Əksər görüntülərdə təlaş içərisində olan düşmən əsgərlərinin Azərbaycan ordusu ilə döyüşməkdən imtina edərək qaçmaları, ya da günlərdir geyim və ərzaq tapmadıqları üçün hərbi komandanlıqlarına etiraz etmələri öz əksini tapır.

 

Hərbi ekspert Ruslan İmamquliyev deyir ki, Ermənistan silahlı qüvvələrində bu cür halların olacağı əvvəlcədən proqnozlaşdırılırdı. Çünki, xarici havadarları tərəfindən pulsuz silah və hərbi texnikalarla təmin edilən Paşinyan rejimi hesab edirdi ki, Azərbaycanla müharibə aparmaq iqtidarındadır. Ancaq cəmi 1 ay ərzində müzəffər ordumuz düşmənə sözün bütün mənalarında dərs keçdi.

 

Ruslan İmamquliyev bildirib ki, rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbələr endirdikcə onların ordusunda ''dedovşina", nizam-intizamsızlıq daha da artdı və ermənilərin silahlı qüvvələri haqqında xəyallarında qurduqları mif dağıdıldı.

 

Ekspert vurğulayıb ki, nizam-intizamı olmayan, ərzaq və geyim sarıdan təmin olunmayan ordu məğlubiyyətə məhkumdur və şanlı Azərbaycan ordusu qarşısında çox davam gətirə bilməz.

 

Ekspertin sözlərinə görə Azərbaycan silahlı qüvvələrində isə vəziyyət tam fərqildir. Hər gün cəbhədən gələn yeni qələbə xəbərləri hərbçilərimizin döyüş əzmini daha da artırır və onları zəfərə biraz da yaxınlaşdırır.

© xezerxeber.az

FOTOQALERIYA






315 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR