Xəzər Xəbər

Fransalı jurnalist erməni lobbisinin təzyiqinə məruz qalıb VİDEO

Veb TV | 19:44 • 27 Oktyabr 2020
Fransalı jurnalist erməni lobbisinin təzyiqinə məruz qalıb

Milli Məclisin bu gün keçirilən plenar iclasının əsas müzakirə mövzusu bir sıra ölkələrin və KİV-lərin münaqişə ilə bağlı qərəzli mövqe tutmaları olub. Millət vəkilləri bu kimi fikirləri sərt tənqid edib və xüsusilə ATƏT Minsk qrupunun həmsədr ölkələrini ədalətli mövqe nümayiş etdirməyə səsləyiblər. İclasda Ermənistanın ölkə daxilində yarana biləcək xaos səbəbi ilə döyüş meydanında qalan çoxsaylı cəsədlərini götürmək istəmədiyi də bildirilib. Eyni zamanda düşmənə silah verən ölkələrə qarşı sanksiyaların tətbiq edilə biləcəyi də qeyd edilib.

 

 

 

Azərbaycan ordusu haqlı mübarizə apardığı halda bir sıra ölkələr və müəyyən xarici informasiya vasitələri qeyri-obyektiv, ədalətsiz mövqe sərgiləyirlər. Bunu millət vəkili Soltan Məmmədov parlamentdəki çıxışı zamanı bildirib. Eyni zamanda, münaqişə ilə bağlı dürüst reportaj hazırladığına görə fransız jurnalistin ölkəsində təzyiqə məruz qalmasının Fransanın rəsmi mövqeyinə zidd olduğunu bildirib və məsələnin ölkəmizin nəzarətində olduğunu qeyd edib.

 

Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri olan millət vəkilinin sözlərinə görə, şiddətli döyüşlər getdiyi zaman Fransalı deputatların yalnız Ermənistan səfər etmələri də ATƏT-in Minsk qrupunun həmsədri kimi bu ölkəyə inamı azaldıb və bu məsələ ilə bağlı ölkəmizin narazılığı Fransaya çatdırılıb.

Millət vəkili Zahid Oruc isə ermənilərin döyüş meydanında qalmış cəsədlərini geri götürmək istəmədiyini və bu cəsədlərin 1500-ə qədər olduğunu bildirib. O, bu məsələ ilə bağlı digər ölkələrin parlamentlərinə müraciət ünvanlamağı təklif edib

 

 

Millət vəkili Kamal Cəfərovun sözlərinə görə, Ermənistan əldə etdiyi silahları mülki vətəndaşlara qarşı istifadə etməklə müharibə cinayəti törədib. Bu da ona silah satan ölkələrə sanksiya tətbiq etməyə əsas verə bilər.

 

Plenar iclasda işğaldan azad edilən Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsi də qəbul edilib.

 

Xəbər lenti