Erməni ordusunda qorxu və ruh düşkünlüyü - VİDEO

26.10.2020 22:34

Ermənistan ordusunun hərbçiləri arasındakı nizam-intizamsızlığa dair yeni videogörüntü yayılıb.

XəzərXəbər-in məlumatına görə, hərbçilər arasındakı dialoqda əsgərlərin acınacaqlı durumda olduğu, habelə zabit-əzgər münasibətlərindəki qarşıdurmanın ən yüksək həddə çatdığı əks olunur.

- Biz 10 gündür ki, bura gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq.

- Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam.

- Nə edəcəyimizi bilmirik.

- Qaçanda bilməyəcəksiniz də!

- Silah atəş açmır!

- Ver bura! Baxım görüm! Silahın atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Bəs palçığın içində dava edirsən! (silahdan atəş açır-red) Niyə atəş açdı?! Al tut! (silahı verir-red) Gəlin irəli! İndi mənimlə birlikdə piyada vuruşmağa gedirik!

- Mən konkret irəli getməyəcəyəm!

- Bunun üzünü çəkin! Birləşdir, bunun üzünü göstər.

- Birləşdirmə! Birləşdir! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin.

- Bəs ayağınızdakı nədir?!

- Mənim varımdı. O birinin yoxdur?!

- Kimin yoxdur?!

- "Buşlat" yoxdur, yağış, palçığın içindədirlər.

- Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə geri qaçır!

- Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər!

- Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəm. Bu sözləri deyən, danışan razdanlıdır.

- Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! "Roqatka" ilə deyirlər ki, gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin!

- Baxın, çiynində "roqatka" dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Yayloyandır. Baxın, erməni milləti sənin müdafiəçilərin neçə qaçır!

© xezerxeber.az

FOTOQALERIYA






208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR