Xəzər Xəbər

Şuşada PKK-çılara Azərbaycan hərbi forması geyindirilir VİDEO

Veb TV | 22:03 • 26 Oktyabr 2020
Şuşada PKK-çılara Azərbaycan hərbi forması geyindirilir

"Ermənistan Müdafiə Nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılıb. Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyiminın Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurub. Bir neçə dəqiqədən sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinib". Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, həmçinin, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan Silahlı Qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb. Hərbi ekspertlər də hesab edir ki, bu, düşmən tərəfinin növbəti təxribatıdır.

 

Ermənistanın Müdafiə Nazirliyi Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosunu yayıb. Fotoda müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyiminin Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurub. Bir neçə dəqiqədən sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti həmin fotoşəkilləri rəsmi ünvanlardan sildirib.

 

Hərbi ekspert Ruslan İmamquliyev deyir ki, bu Ermənisan Silahlı Qüvvələrinin ilk saxtakarlığı deyil , bundan öncə də onların belə təxribat xarakterli fəaliyyətləri çox olub. Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus hərbi geyimi öz əsgərlərinə geyindirməsi düşmən tərəfindən növbəti təxribatdır.


Hərbi ekspert deyir ki, bu foto özü onları ifşa edir, bir daha təxribaçı olduqlarını açıq formada göstərir.


Xatırladaq ki, bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanmış və bu, guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilmişdi. Faktı yoxlamadan bəzi media qurumları bu saxta məlumata istinad etmişdilər.

 

 

Xəbər lenti