Xəzər Xəbər

Vətən müharibəsində döyüşən zabitimizin ilk övladı dünyaya gəldi VİDEO

Veb TV | 20:44 • 26 Oktyabr 2020
Vətən müharibəsində döyüşən zabitimizin ilk övladı dünyaya gəldi

Daha bir oğul doğuldu bu vətəndə. Hazırda ön cəbhədə vuruşan zabitimiz Cahangir Əlibəyzadənin oğlu dünyaya gəlib. Atilay bala bu gün 41 yaşı tamam olan zabit atasının həm də doğum günü hədiyyəsidir.


Paytaxtda yerləşən hospitallardan birindəyik. Bizi bura gətirən isə qucaqda görəcəyiniz bu balaca oğlan uşağıdır. İndi onu siznən də tanış edəcəyik. Balacamızin adı Atilaydır. Atilayın atası hazırda ön cəbhədə düşmənə qan uddurur. Çünki, Cahangir Əlibəyzadə zabitimizdir.


Çəkisi 2800 kq, boyu 49 sm olan bu balaca oğlanın hazırda sağlamlığı da tam yerindədir.


Atilay həm də atasının builki doğum gününün ən unudulmaz hədiyyəsidir. Balaca Atilay bu gün xəstəxana ilə vidalaşdı. Bəzənib-düzənib, Azərbaycan bayrağına da bürünərək, doğmalarının qucağında yol aldı evlərinə.


Bu gün Vətən daha bir əsgər, daha bir oğul qazandı. Balacam, tezliklə atana qovuşmaq diləyi ilə.


Xəbər lenti