Ordumuzla bağlı məlumatların yayılması məsuliyyət yaradır - XƏBƏRDARLIQ - VİDEO

25.10.2020 20:45

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarına dair rəsmi olmayan və qanunla yayılması qadağan olunan video, foto və digər informasiyaları paylaşan şəxslər həbs oluna və cərimə edilə bilərlər. Qanunvericiliyə görə, bu addımın atılması yolverilməzdir.

Xezerxeber.az-ın məlumatına görə, ekspert Xəyal Bəşirov deyib ki, bu məsələ həm 2004-cü il "Dövlət sirri haqqında" qanunla, həm də Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri ilə bağlı Prezidentin 2014-cü il tarixli sərəncamı ilə tənzimlənir. Bu qaydaları pozmaq hüquqi məsuliyyət yaradır.

Xəyal Bəşirov bildirib ki, bu məsələdə kütləvi informasiya vasitələrinin nümayyəndələri daha diqqətli olmalıdırlar.Çünki qanunda onlar üçün də məsuliyyət nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsinə görə, media işçisi olan fiziki şəxslər 200-300 manat, vəzifəli şəxslər 500-700 manat, hüquqi şəxslər isə 2000-3500 manat məbləğində cərimə edilə bilərlər.

Qeyd edək ki, bu gün Baş Prokurorluq tərəfindən sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə sözügedən məsələ ilə bağlı xəbərdarlıq edilib. Xəbərdarlıqda bildirilir ki,Azərbaycan Ordusunun əməliyyatlarına dair foto və videoların çəkilməsi, informasiyaların yayılması və paylaşılması düşmənin informasiya əldə etməsinə şərait yaradır. Bu isə hərbçilərimizin həyatını təhlükəyə ata bilər. Diqqətə çatdırılıb ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






229 dəfə oxunub

XƏBƏRLƏR

24.11.2020 09:19

Neft bahalaşır

ÇOX OXUNANLAR